Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda 3 avtobus marşrutunun yolu dəyişəcək

Paytaxtın bir qrup sakininin müraciətinəzərə alınaraq, 3 marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən mediaya verilən məlumata görə, 117 nömrəli marşrut üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolda avtomobillərin hərəkəti üçn şərait qənaətbəxş olmadığından avtobusların buradan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu. 185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev-- Dadaş Vasif-- İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.

206 nömrəli marşrut üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.
Marşrut dəyişikliklərinə 25 yanvar 2020-ci il tarixindən start veriləcək.

R.TAHİR,
“Xalq qəzeti”

23 2020 16:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
15 İyul 2020 | 06:19
Yeni dünyanın güclü lideri

Köhnə versiyamızdan xəbərləri izlə