Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xanlar Fətiyev: “Gəncə Avtomobil Zavodu” Azərbaycanın bütün bölgələrini müasir nəqliyyat vasitələri ilə təmin edə bilər

Xanlar Fətiyev: “Gəncə Avtomobil Zavodu” Azərbaycanın bütün bölgələrini müasir nəqliyyat vasitələri ilə təmin edə bilər

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev jurnalistlərə açıqlamasında bildirib ki, İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir nəqliyyat vasitələri olan avtobuslarla və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa, müəssisəmiz tələbata uyğun istənilən modeldə olan şəhər arası və şəhərlər arası avtobusların yığımını həyata keçirə bilər.

Xanlar Fətiyev qeyd edib ki, 2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperimental olaraq “CNG” qaz mühərrikli avtobus yığıldı və cənab prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu”nda olarkən dövlət başçısına təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə, yanacaq sərfiyatına görə, həm də ekoloji cəhətdən təmiz “Avro-5” standartına cavab verdiyindən Bakıda, həmçinin də Gəncə, Sumqayıt və digər şəhərlərdə istismarı əlverişlidir.

“CNG mühərrikli avtobuslar 279 at gücündə “Euro-5 Mercedes-Benz” mühərrikinə və “Allison” avtomatik ötürmə sisteminə malik 276 kubm sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 km məsafəni təmin edən nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqlar isə 26 nəfərdir. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq monitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür”, - deyə X. Fətiyev qeyd edib.

Müşahidə Şurasının sədri əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən son texnologiyalarla təchiz olunan E-321 elektrobusların eksperimental yığımları həyata keçirilib. Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır.

“Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur”,- deyə Xanlar Fətiyev bildirib.

23 2020 15:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə