Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lerik rayonunda baş vermiş yanğın söndürülüb

Lerik rayonunda baş vermiş yanğın söndürülüb

3 avqust 2018-ci il tarixində saat 13:00 radələrində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunun Günəşlı kəndinin Lerik meşəbəyliyində yanğın hadisəsi baş verib.

Mürəkkəb relyefli, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və rayon sakinləri cəlb olunub.

Yanğın 18:00 radələrində söndürülüb və 0,7 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

 

                                          

4 2018 15:37 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə