Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İçərişəhərdə “Bakı xanları evi” restavrasiya edilir

İçərişəhərdə “Bakı xanları evi” restavrasiya edilir

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, bu ilin ortasında Bakı xanları evində restavrasiya işləri başa çatacaq və burada virtual muzey istifadəyə veriləcək.

Qurumn rəhbəri əlavə edib ki, muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq.

Ə.Ələkbərovun qeyd edib ki, Böyük Qala-3 və 5 ünvanlarında iki qəzalı vəziyyətdə olan binanın restavrasiyası isə bu ilin sonuna kimi tamamlanacaq. Həmin binalarda yaşayan 17 ailə müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

İdarə Heyətinin sədri məlumat verib ki, 2019-ci ildə qala daxilində 3 min 40 rəsmi qonaq üçün tur təşkil edilib. 2018-ci ildə isə  bu rəqəm 2 min 75 nəfər olub. Keçən il muzeylərə gələnlərin sayı 383,5 mini keçib.  Əvvəlki illə müqayisədə bu sahədə 30 faizə yaxın artım qeydə alınıb.

R.TAHİR,
“Xalq qəzeti”

23 2020 15:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə