Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu dəfə amerikalılar Aqrar universitetə gəldi...

Bu dəfə amerikalılar Aqrar universitetə gəldi...

Keçən ilin noyabrında Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycanın nümayəndə heyətinin tərkibində ABŞ-ın Oklahoma ştatında bir sıra işgüzar görüşlərdə iştirak etmişdir.

Bu dəfə isə Oklahoma ştatında yerləşən  “Trece Company” şirkətinin rəhbəri Bill Lingrenin və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə  səfər edib.

Universitetin rektoru, professor İbrahim Cəfərov bu görüşdən məmnun olduğunu bildirərək qarşılıqlı əməkdaşlığın, əlaqələrin genişləndirilməsinin çox əhəmiyyətli olduğunu vurğulayaraq gələcəkdə onun daha da genişləndirilməsinin vacibliyindən danışıb.

“Trece Company” şirkətinin rəhbəri  Bill Lingren kənd təsərrüfatı sahəsində istifadə olunan tutucu (feromon) tələlərin və alətlərin istifadə olunması, eyni zamanda Trece Company şirkəti və ADAU ilə əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini söyləyib.

Daha sonra qonaqlar universitetin Aqronomluq fakültəsində gənc alim və mütəxəssislərlə görüşərək, «Trece Company” şirkəti barədə təqdimat keçiriblər.

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

23 2020 11:25 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə