Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

İran İslam Respublikasının Prezidenti zati-aliləri cənab Həsən Ruhaniyə

Hörmətli cənab Prezident!
Ölkənizdə törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi pisləyir,  onun bütün forma və təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik. 
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. 
Allah rəhmət eləsin!

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  22 sentyabr 2018-ci il

22 2018 23:57 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə