Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 2019-cu ildə 81,681 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur

Azərbaycanda 2019-cu ildə 81,681 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur

İlkin məlumatlara əsasən 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81 milyard 681 milyon manata çatmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ötən il iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,4 faiz artmışdır.

ÜDM-in 41,4 faizi sənaye, 10 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi tikinti, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrində, 16,7 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 8,7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olmuşdur.

                                      

Samirə Əliyeva,
“Xalq qəzeti”

22 2020 12:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə