Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir

Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir

“Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi” texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki,  Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.

Baş nazirin müavini qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələri sırasındadır. Gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib: "Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində onun həyatı heç də problemsiz keçməyib. Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması nəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub".

Baş Nazirin müavini bildirib ki, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Son 15-16 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycanda iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb: "Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib. Beləliklə, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb. Lakin inkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır".

Azərbaycanda sosial-iqtisadi göstəricilərin, əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlərin həyata keçirildiyini xatırladan Baş nazirin müavini bildirib ki, respublikanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyon nəfəri öz ölkəsindən məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var.

                                                                      

        “Xalq qəzeti”

 

22 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə