Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli politoloq: 20 Yanvar Azərbaycanın azadlığında önəmli rol oynayıb

Türkiyəli politoloq: 20 Yanvar Azərbaycanın azadlığında önəmli rol oynayıb

Bunu  “Xalq qəzeti”nə  açıqlamasında türkiyəli politoloq, təcrübəli siyasətçi Cihad Rəhmi Akar deyib. Politoloqun sözlərinə görə, bu gün sovetlər birliyi dağılıbsa və Azərbaycan müstəqil bir ölkədirsə, heç şübhəsiz, bu prosesdə 20 Yanvar hadisələrinin müstəsna rolu var: "20 Yanvar hadisələrində XI qızıl ordu tərəfindən qətlə yetirilən, şəhid edilən insanlarımızı həmin hadisələrin 30-cu ildönümündə rəhmətlə yad edirik. Onların qardaş Azərbaycanın müstəqilliyinə gedən yolda rolları danılmazdır. Necə 15 iyul 2016 cı ildə Türkiyədə millətimiz küçələrə axışdı və ölkəsinin gələcəyinə uzanan xain əlləri öz canları, qanları bahasına bu ölkədən uzaq tutdusa, 20 yanvar 1990 cu ildə bundan otuz il öncə də Azərbaycanın paytaxtı Bakıda eyni hadisələr baş verdi və Bakıya qoşun yeridən o zamanın əliqanlı rus rejiminə qarşı Azərbaycan xalqı qoca, cavan, qadın, uşaq demədən ayağa qalxdı, şəhid oldu, yaralandı. Amma əqidəsindən dönmədi, sabahına ümidlə, inamla baxdı və bunun nəticəsində də bu gün regionun ən güclü dövləti olan Azərbaycan yarandı. Bu gün bizim türk və müsəlman coğrafiyasının məhz türk və müsəlman olduqları üçün şəhid edilən soydaşlarımızı anma günümüzdü. Bu günü qətiyyən yas günü kimi qəbul etmirik və etməməliyik. Bu gün bizim türk və müsəlman aləminin şərəfli tarixlərimizdən birisi olmaqla yanaşı, eyni zamanda qürurla tarixə yazdırdığımız bir gündür. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, başın sağ olsun, "qürurla sabahına bax, Azərbaycan", – deyirik!

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 2020 12:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə