Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşların qəbulu keçiriləcək

Vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yanvar ayının 24-də Şirvan şəhərində, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Kürdəmir rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 11:00-da Şirvan şəhərində “Gənclər evi”nin inzibati binasında keçiriləcək. Qəbulda Şirvan şəhəri və Hacıqabul rayonunun sakinləri iştirak edə bilərlər. Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 11:00-da Kürdəmir şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Kürdəmir rayonunun sakinləri iştirak edə bilərlər.

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

 

Ə.ƏLƏSGƏRLİ,
"Xalq qəzeti"

22 2020 12:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə