Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb

 “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb

Yanvarın 21-də Milli Kitabxanada Xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri, ictimai xadim Zəlimxan Yusif oğlu Yaqubovun (Zəlimxan Yaqub) anadan olmasının 70 illiyi münasibətilə şairin həyat və yaradıcılığına həsr olunmuş “Zəlimxan Yaqub – 70” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin müxtəlif illərdə nəşr olunmuş “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”,  “Bu yaşıl ağacın altı bizimdir”, “Ziyarətin qəbul olsun”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Əbədiyyət dastanı”, iki cildlik “Seçilmiş əsərləri”, 13 cildlik “Əsərləri” və digər kitabları, eyni zamanda xarici dillərdə nəşr edilmiş əsərləri, redaktoru olduğu, ön söz yazdığı, haqqında yazılmış kitablar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

22 2020 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə