Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şifahi ənənəli Azərbaycan musiqisi”

 “Şifahi ənənəli Azərbaycan musiqisi”

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə AMEA Folklor İnstitutunda “Şifahi ənənəli Azərbaycan musiqisi" (I və II cildlər) kitabının təqdimatı olub.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar  İmanov  açaraq kitabın əhəmiyyətindən danışıb. Bildirib ki,  şifahi ənənəli Azərbaycan musiqisi və rəqslərinə həsr olunmuş bu kitabda toplanan nümunələr təkcə Şimali Azərbaycan ərazisi ilə məhdudlaşmır: "Çalışmışıq ki, kitaba daxil edilən unudulmuş nümunələr - xalq sənəti və mədəniyyət nümunələri həm də Cənubi Azərbaycan, Dağıstan, hətta İraq türkmənlərının yaşadıqları müxtəlif  coğrafiyalardan olsun.  Nəticədə unudulmuş xalq musiqisi və rəqslərinin toplandığı belə bir dəyərli kitab işıq üzü görüb.

"Şifahi ənənəli Azərbaycan musiqisi" kitabının I cildi "Təsniflər və mahnılar",  II cildi  isə "Rəqslər" adlanır. Direktor həmçinin diqqətə çatdırıb ki, Folklor İnstitutunun Mədəniyyət Nazirliyi, Aşiqlar Birliyi ilə yaxın əlaqələri var. Habelə son illər Beynəlxalq Muğam Mərkəzi ilə sıx əlaqələrimizi xüsusi olaraq qeyd etmək istəyirəm.

Folklor İnsitutunun musiqi folkloru şöbəsinin müdiri Nailə Rəhimbəyli çıxış edərək bildirib ki,  Azərbaycan xalq musiqisinin toplanılması və nota salınması son dövrlərdə aktual bir məsələ kimi hər zaman diqqət mərkəzində olub. Bu gün biz xalq musiqisinə, muğama göstərilən dövlət qayğısını, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyevanın diqqətini həmişə hiss edirik. 

Kitabın materiallarını toplayan və nota köçürən A.Zeynallı adına Musiqi Kollecinin müəllimi, tarzən Mehman Mikayılov bildirib ki, materialları 35 illik karyerası ərzində  Türkiyə, İran, Hindistan, Türkmənistan, İraq (Kərkük) və digər ölkələrdə qastrol səfərlərində olarkən toplayıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2020 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə