Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATAK-2 ilk uçuşunu bu il gerçəkləşdirəcək

ATAK-2 ilk uçuşunu bu il gerçəkləşdirəcək

Türkiyənin TUSAŞ şirkəti tərəfindən üzərində çalışılan ATAK-2 (T-629) helikopterinin bu il sınaq uşuşlarına başlanacağı bildirilib.

Mühəndislər helikopterin texniki göstəricilərinin əvvəlki modeldən fəqli olduğunu bildirirlər. Əsas dəyişikliyin helikopterin çəkisinin 8 tondan 10 tona qədər artırılması göstərilir. Həmçinin, Aselsan tərəfindən hazırlanan yeni radar sisteminin daha geniş dairəyə malik olacağı da qeyd edilib.

ATAK-2 layihəsi Türkiyə hərb sənayesinin ən böyük layihələrindən biri hesab edilir. Türkiyə Hərbi Hava Qüvvələrini daha da gücləndirəcək   layihə artıq digər ölkələrin də marağına səbəb olub.

Hazırda helikopterin daha da təkminləşdirilməsi üzərində işlər aparılır.

Elşən AĞALAR,
“Xalq qəzeti”

22 2020 10:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə