Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Riçard Almeyda karyerasını BƏƏ-də davam etdirəcək

Riçard Almeyda karyerasını BƏƏ-də davam etdirəcək

"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

 

22 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə