Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidləri yad edilib

20 Yanvar şəhidləri yad edilib

      Tibb işçiləri Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir ki, yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri, ictimaiyyət nümayəndələri və bölgələrdən gələn insanlar Şəhidlər xiyabanına axışır, bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edirlər.

     Bu qanlı hadisələrin səhəri ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.

      20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

     Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə böyük diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.

     Şəhidlər xiyabanını ziyarət edənlər arasında hər yaşda olan insanlar var. Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə nümayiş etdirir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə