Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa yoluxanların sayı artır

Koronavirusa yoluxanların sayı artır

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb. Bundan əvvəl pnevmaniyanın yeni növünə yoluxanların sayının 309 olduğu bildirilirdi.

Koronavirusa yoluxmaların ən çoxu - 270 nəfər - administrativ mərkəzi Uxan olan Xubey, 17-si ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u - Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb.

Həkimlər bildirirlər ki, koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinədə narahatlıq kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edən baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.

                                                           

    “Xalq qəzeti”

22 2020 10:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə