Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasının iclası

Mərkəzi Seçki Komissiyasının iclası

Yanvarın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. 
MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2020-ci il 12 yanvar tarixli iclasının protokolu təsdiq edilib.  
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qanunla müəyyən olunmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlər maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
İclasda 33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldığı iclasda, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə bağlı cari məsələlərə baxılıb.

22 2020 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə