Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki dünya şöhrətli soydaşımızın birgə kitabı

Professor Rafiq Əliyevin dahi Lütfi Zadə ilə birgə yazdığı və xaricdə çap edilmiş əsər bu yaxınlarda Azərbaycan oxucularına təqdim ediləcək

İki dünya şöhrətli soydaşımızın birgə kitabı

Çoxdan dünya populyarlığı qazanmış alim, professor Rafiq Əliyevin öz elmi  sələfi, dahi Lütfi Zadə ilə birlikdə yazdığı “Fuzzy logic theory and applications” (Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr) kitabı  bu yaxınlarda soydaşlarımızın vətənində ölkə ictimaiyyətinə təqdim ediləcək.

Ölkə mediasının yadığı xəbərdə bildirilir ki,  XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin ətraf aləmə ənənəvi baxışını dəyişmiş dahi Lütfi Zadənin elmi varisi professor Rafiq Əliyevlə birlikdə yazdığı kitab ötən il dünyanın ən nüfuzlu elmi nəşriyyatı olan   “World scientific”də işıq üzü görüb. Bu nadir nəşr çap olunduğu ilk günlərdən dünya elmi ictimaiyyətində böyük maraq doğurub. Nə qədər qəribə olsa da, həmin kitab Lütfi Zadənin müəllifi olduğu (burada həmmüəllifi—R.T) sayca ikinci kitabıdır. 

Qeyd edilən təqdimat mərasimində Lüvfi Zadənin elmi xələfi olan Rafiq Əliyevə həsr olunmuş “Su kimi sakit və güclü” kitabı da oxuculara təqdim olunacaq. Topluda dünya şöhrətli alimin müxtəlif illərdə yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və onun barəsində qələmə alınmış yazılar yer alıb. Kitabın tərtibçisi şair-publisist Rafael Tağızadədir.

Təqdimat mərasimibu il fevralın 10-da saat 18:00-da Xəzər Universitetinin  “Mərmər salonunda keçiriləcək.  (ünvan: Neftçilər metro-stansiyasının yanı, Məhsəti küçəsi-41.)

 

R.TAHİR,
“Xalq qəzeti”

 

22 2020 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə