Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş

MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş

Yanvarın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb.
Ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov parlament seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. M.Pənahov seçki öncəsi proseslə bağlı məlumat verib. MSK sədri, həmçinin Dairə və məntəqə seçki komissiyalarında aparılan hazırlıq işləri ilə bağlı qonaqları məlumatlandırıb. Sədr əlavə edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılması istiqamətində işlər aparılır. Bundan başqa yerli və beynəlxalq müşahidəçilər qeydə alınıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin salamlarını çatdırıb. Qonaq qeyd edib ki, onlar Azərbaycanda keçirilən seçki prosesini daima müşahidə edirlər. V.Quminski əlavə edib ki, ölkəmiz bu sahədə böyük təcrübə qazanıb.
Bundan başqa görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı, faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

AZƏRTAC

21 2020 23:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə