Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə İranın Sərhəd Qoşunları komandanının görüşü olub

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi ilə İranın Sərhəd Qoşunları komandanının görüşü olub

Yanvarın 19-da Azərbaycan Respublikasının Astara şəhə-rində Dövlət Sərhəd Xidmətinin rəisi, general-­polkovnik Elçin Quliyevin və İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin işçi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.
Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıb, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçiriblər. Eyni zamanda, sərhəd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. 
Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb, bununla yanaşı, “Astara” dəmir yolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.      
Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

21 2020 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə