Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“20 Yanvar – qürur günümüz!”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti səhnə danışığı kafedrasının dosentləri-- əməkdar artistlər Ağalar Bayramov və Azad Şükürovun teatr sənəti fakültəsinin yuxarı kurs tələbələri ilə birlikdə hazırladıqları “20 Yanvar--qürur günümüz!” adlı ədəbi-bədii kompozisiya faciənin 30-cu ildönümü ərəfəsində bu ali məktəbdə təşkil olunmuş hüzn mərasimində universitet rəhbərlinin iştirakı ilə respublika ictimaiyyətinin təmsilçilərinə təqdim olundu. :amaşanın vodeoyazısı isə 20 Yanvar Ümumxalq Hüzn Günündə günorta saatlarında “Lider” Televiziyası ilə nümayiş etdirildi.

Səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Mahirə Yaqubovanın Cəfər Cabbarlının, Bəxtiyar Bahabzadınin, Vahid Əzizin, ZəlimxanYyaqubun, Sabir Rüstəmxanlının, Əjdər Olun, Əjdər Qəmginin milli istiqlalımıza, Vətən övladlarının qəhrəmanlığına həsr olunmuş,  20 Yanvar faciəsinin dəhşətlərinə və azadlıq yolunda verdiyimiz qurbanların xatirəsinə həsr etdikləri ən parlaq poetik nümunələr əsasında ssenasriləşdirdiyi və səhnə quruluşu verdiyi kompozisiya bitkinliyi, ifadəliliyi və təsirliliyi ilə bu misilsiz qırğının xalqımızda doğurduğu sonsuz kədəri və şəhidlərimizin yenilməz hünərinin yaratdığı möhtəşəm qürur hissini yüksək bədiiliklə əks etdirir.

... Səhnənin müxtəlif yerlərindən 20 Yanvar faciəsinin azyaşlı və cavan şəhidlərinin portretləri aşılıb. Hər şey 30 il əvvəl o soyuq qış axşamında olduğu kimidir. Həmin şəhidlərin obrazlarını canlandıran Ələkbər Axundov, Rəfael Quliyev, Çinarə Qurbanova, Aysel Feyziyeva, Saleh Cümşüdlü, Orxan İsrafilov və digər tələbələr, sanki, şəkillərdən enib  o müdhiş axşamın qoynuna düşürlər. Dağlıq Qarabağda yaranmış ağır vəziyyətlə bağlı o vaxtkı ittifaq dövləti rəhbərliyindən təsirli tədbirlər görülməsi tələbi ilə ayağa qalxmış xalqımızın davamlı etiraz aksiyasına qoşulmuş həmin gənclər 1990-cı il yanvarın 19-da ocaq kənarında son ümidləri ilə baş-başa verib daha bir üzüntülü gecənin ağuşunda intizarla mərkəzdən veriləsi cavabı gözləyirlər.

Tamaşanın başlanğıcındakı bu mənzərə 30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecənin səciyyəvi əhval-ruhiyyəsindən xəbər verir. Dəqiqələr keçdikcə səhnə effektlərinin yaratdığı həyacan və üşüntü, sanki, bir azdan baş verəcək müdhiş hadisələrin sürətlə yaxınlaşdığını pıçıldayır. Elə bu vaxt sovet hərb maşını eyni zamanda şəhərin hər yerində cəhənnəm qoparır...

Qəhrəmanlıq və milli istiqlal mübarizəsi mövzusunda zaman-zaman dillər əzbəri olan poetik əsərlər ərsəyə gətirmiş anadilli şeirimizdə ilk günlərdən başlayaraq 20 Yanvar faciəsinin də yüksək bədii salnaməsi yaranmışdır. Obrazlı şəkildə “Əsrə bərabər gecə” adlandırılmış 20 yanvarda “Bakıda insan ovu”na bənzədilən qırğının bəşəriyyət adına ləkə olan mənzərələrinin rəmzi təsvirindən sonra ölkəmizin ünlü bədii qiraət ustaları Ağalar Bayramov və Azad Şükürov səhnənin əks qütblərində görünürlər. Onların həmin gecə yurdumuzda törədilmiş “XX əsr vandallığı”nı lənətləyən, şəhidlərimizin yüksək amallarını və basılmaz qeyrətlərini öyən misraları əvvəl dərin bir hüznlə səsləndirib, yavaş-yavaş təntənəli bir tona yüksəltmələri 20 Yanvarın faciəli bir gün olmaqla yanaşı, həm də xalqımızın tarixi qəhrəmanlığının o gecə yenidən meydana çıxması həqiqətini də ucadan diqtə edir.

Kompozisiyada şəhidlərin nakam hekayətlərini tələbə aktyorlar söyləyirlər. Müəllimlərin və tələbələrin bir-birini əvəzləyən poetik monoloqları ideya və məna vəhdəti ilə bir-birini tamamlayıb orijinal mənzum “20 Yanvar dastanı” təsiri bağışlayır. ADMİU-nun dosenti, Əməkdar artist Yaqut Abdullayevanın ifa etdiyi muğam parçaları kompozisiyanın kədər və qürur məqamlarına dərin emosianallıq gətirir, ümumi təsiri  qüvətləndirir. Beləliklə, kompozisiya nə qədər hüzn və kədər doğurursa, bir o qədər də öyünc və nikbinlik yaradır. Elə bu əhvalla da o zülmət gecə Azadlığın işıqlı sabahına açılır. Tamaşa sovet kommunist rejiminin həmişə yurd sevgisi və azadlıq diləyi ilə yaşamış xalqımızın dəyanəti, iradəsi və gücü qarşısında süqutunu əks etdirir.

Tanınmış yazıçı-publisist, əməkdar incəsənət xadimi Aqşin Babayev tamaşadan aldığı yüksək təəssüratını belə ifadə etdi:

-Məfkurə nəğməkarı Cəfər Cabarlıdan üzü bəri istiqlal düşüncəmizin bədii ifadəsi olmuş poeziya nümunələri bu tamaşada məharətlə ipə-sapa düzülüb.  Eyni səhnədə müəllimlərin ifası tələbələr üçün ustad dərsi səviyyəsindədir. Tələbələrin məharəti isə onların teatr sətimizin layiqli davamçıları kimi yetişdiklərini göstərir.

Tanınmış tarzən, Xalq artisti Zamiq Əliyev isə dedi:

-Bu tamaşa zəngin məna yükü, yüksək təsir gücü ilə 20 Yanvar faciəsinin yaşatdığı ümumxalq kədərini, eyni zamanda onun indiki nəsillər üçün örnək və qürur mənbəyi olmasını peşəkar bir bədiiliklə ifadə edir. Belə tamaşaların auditoriyasını genişləndirmək lazımdır. Istərdim ki, bu kompozisyanın diskləri çoxaldılıb məktəblərə, xaricdəki diaspor qurumlarına göndərilsin. Sağ olsun “Lider” Televiziyası mənim təklifimlə kompozisiyanı videolentə alıb  yanvarın 20-də  nümayiş etdirəcək.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

21 2020 16:39 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə