Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda sənaye istehsalı ötən il 1,8 faiz artıb

Azərbaycanda sənaye istehsalı ötən il 1,8 faiz artıb

2019-cu ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 46,7 milyard manatlıq və ya 2018-ci il ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsində verilən məlumata görə, ötən dövr sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artıb.

Məlumata əsasən, sənaye məhsulunun 69,9 faiz mədənçıxarma sektorunda, 25,2 faiz emal sektorunda, 4,2 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

V.BAYRAMOV,
“Xalq qəzeti”

21 2020 16:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə