Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəhşətli yanğın 11 can aldı

Dəhşətli yanğın 11 can aldı

Rusiyanın Tomsk vilayətində yataqxanada yanğın baş verib.

Məlumata görə, Yanğın Asinovski rayonunda baş verib. Nəticədə on bir əcnəbi vətəndaş həlak olub.

Aşkar olunan meyitlər yanğınsöndürənlər tərəfindən ərazidən çıxarılıb. Onlardan beşinin Özbəkistan vətəndaşı olduğu bildirilir. Yaralanan iki nəfər isə yanğından xilas ola bilib. 

Məlumata görə, yataqxanada on dörd nəfər yaşayıb. Yanğının baş vermə səbəbləri və ölənlərin sayı müəyyənləşdirilir.

Hadisə ilə bağlı cinayət işi başlanılıb. 

Elşən AĞALAR,
“Xalq qəzeti”

21 2020 16:09 -

Köhnə versiyamızdan xəbərləri izlə