Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu ildə 46,7 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

2019-cu ildə 46,7 milyard manatlıq sənaye məhsulu  istehsal olunmuşdur

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9 faiz, tütün məmulatlarının istehsalı 80,7 faiz, hazır metal məmulatlarının istehsalı 80 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, içkilərin istehsalı 41,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,6 faiz, kağız və karton istehsalı 25,5 faiz, geyim istehsalı 22,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22 faiz, əczaçılıq məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, tikinti materiallarının istehsalı 5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı 1 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 3,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6 faiz artmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”

21 2020 15:04 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə