Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət işçiləri 20 Yanvar faciəsinin anım mərasimində

1990-cı ilin Qanlı Yanvar faciəsindən 30 il ötdü Doğma yurdunun azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Bu müddət ərzində şəhidlərin məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 30 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ölkələrdə yaşayan soydaşlarımız da ziyarət edirlər.

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.

Bütün Azərbaycan xalqı kimi, Mədəniyyət Nazirliyinin, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi də yanvarın 20-də Şəhidlər xiyabanına gələrək milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarşısında ehtiramlarını bildirdilər. Şəhidlərin xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

Anım mərasimində paytaxtımızda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edirdilər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 Yanvar 2020 13:54 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə