Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polad Bülbüloğlu – 75

“Eşq və ölüm” yenidən səhnədə

Polad  Bülbüloğlu – 75

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  fevralın 6-da Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın "Eşq və ölüm" baleti nümayiş olunacaq.

"Kitabi-Dədə Qorqud" eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş göstərir. Tamaşa rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaqlar.

Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyeradan sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski Teatrının səhnələrində də təqdim olunub.

Qeyd edək ki, fevralın 4-də görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti, "Şərəf" ordenli Polad Bülbüloğlunun 75 yaşı tamam olur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2020 13:40 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə