Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial islahatlar bu il də davam edəcək

Sosial islahatlar bu il də davam edəcək

2019-cu il sosial sahədə uğurlu islahatlar ili oldu. Vətəndaşların rifah halının yaxşılaşdırılmasının, iqtisadi islahatlardan əldə olunmuş əlavə gəlirlərin sosial sahəyə yönəldilməsinin Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət olduğu bir daha təsdiq edildi.  Aparılan bu siyasət ötən ilki genişmiqyaslı islahatların və sosial inkişaf proseslərinin 2020-ci ildə də inamla davam etdirilməsinə təminat verir. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən növbəti kollegiya iclasında vurğulayıb.

2019-cu ilin yekunlarından söz açan S.Babayev orta aylıq pensiyanın 15 faiz, o cümlədən yaşa görə pensiyanın 15 faiz, əlilliyə görə pensiyanın 22 faiz artdığını, bu ay ərzində indeksləşdirmə nəticəsində ölkədə pensiyalarda növbəti artımın ediləcəyini  deyib. Bildirib ki, Prezident İlham Əliyevin frərmanı ilə ötən il DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və 1 və 2 saylı  Bakı DOST mərkəzlərinin yaradılması sosial sahədə ən uğurlu inovativ yeniliklər olub və ölkəmizdə dövlət sosial xidmətlərinin keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edib. Nazir cari ildə daha Bakıda 2, həmçinin Sumqayıt, Abşeron, Şəki, Bərdə, Quba və Sabirabadda DOST mərkəzlərinin yaradılması üçün işlərin aparıldığını deyib.

Bildirib ki, ötən il özünüməşğulluq proqramına cəlb olunanların sayı 10 min 354-ə, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 70 faiz artmaqla 72 minə (296 min ailə üzvü) çatıb. Nazirliyin məşğulluq orqanları tərəfindən 103 028 şəxs münasib işlə təmin edilib, “İşsizin DOSTu” proqramı, eləcə də bu proqramın icrası sahəsində şəffaflığın təminatına yönələn işlər bu il də davam edəcək.  Əmək müqavilələrinin sayı 2019-cu ildə 153 min artıb.Geniş miqyas alan elektronlaşdırma proqramı çərçivəsində ötən il 2-si pensiya, 19-u müavinət-təqaüd növü olmaqla 21 sosial təminat növünün e-təyinat sistemi işə salınıb. 2020-ci ildə daha 15 e-arayış xidmətinin istifadəyə veriləcək. Nazirliyin bərpa mərkəzlərində 10 457 nəfər əlilə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib, 38041 nəfər əlil reabilitasiya vasitəsi ilə təmin olunduğunu deyib. Prezident İlham Əliyevin tapşırığına əsasən bu il daha 1500 mənzilin və fərdi evin müharibə əlilləri və şəhid ailələrinə veriləcəyini diqqətə çatdırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2020 12:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə