Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

2 nömrəli Bakı Baza Tibb Kollecində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı “Qanlı yanvar” şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Toplantının əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq 20 Yanvar faciəsindən danışıb: “Bu dəhşətli faciədən 30 il ötsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar. Dövlət müstəqilliyimizin bərpası, azad həyatımız üçün ilk növbədə şəhidlərə borcluyuq.”

Sonra kollecin kitabxana müdiri Naibə Heydərova Azərbaycan xalqının şanlı tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən söz açaraq bu günün tariximizdəki yerindən danışıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2020 12:45 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə