Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU-da 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimində öncə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr ATU-da şəhid tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar.

Rektor Gəray Gəraybəyli bu gün Azərbaycanın bütün sahələrdə qazandığı nailiyyətlər, xarici siyasətdə əldə etdiyi uğurların müstəqilliklə əlaqədar olduğunu bildirib: “Çünki müstəqilliyimiz olmasaydı, istər siyasi, istər iqtisadi, istər mədəni, elmi nəticələr də olmayacaqdı.Bu müstəqillik heç də rahat şəkildə, ucuz qiymətə, heç də az qurban nəticəsində əldə olunmayıb. Müstəqilliyimiz yolunda 20 Yanvar hadisəsinin xüsusi tarixi əhəmiyyəti vardır. Həmin gecə baş verənləri nahaq yerə faciə adlandırmırıq”.

Professor 1990-cı il Yanvar hadisələrinin xalqımızdakı həmrəylik hislərini gücləndirdiyini, milləti birləşdirdiyini qeyd etdi: “20 Yanvar faciəsini Azərbaycan Milli ruhunun qələbəsi adlandırmaq olar. Həmin dövrdə telefon, whatsapp kimi şəbəkələr, rabitə növləri yox idi. Hətta olanlar da işləmirdi. Yalnız ürəyinin, düşüncəsinin və milli ruhun çağırışı ilə milyonlarla insan Azadlıq meydanına doldu. Və şəhidlərimizin dəfn mərasimi həmin qələbənin ilk rəmzinə çevrildi. Bütün dünya gördü ki, Azərbaycan xalqını nəinki sındırmaq mümkün olmadı, əksinə bu faciə insanları birləşdirdi”.  

Sonra ATU-nun Tələbə Gənclər Təşkilatının 20 Yanvar hadisələrindən bəhs edən video-çarxı təqdim olundu.

ATU-nun ümumi cərrahlıq kafedrasının professoru Məmməd Kərimov, I cərrahi xəstəliklər kafedrasının professoru Eldar Əliyev və digər çıxış edənlər Azərbaycan xalqına qarşı yönələn bu dəhşətli cinayət, eyni zamanda tarixi yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan qanlı yanvar gecəsi haqqında xatirələrini bölüşdürlər. II müalicə-profilaktika fakültəsinin II kurs 218 6-B qrup tələbəsi Dilbər Əliyeva tələbələr adından çıxış edərək Azərbaycan gəncliyinin müstəqilik uğrunda həlak olan şəhidlərimizin ruhunu daim uca tutacaqlarını dedi.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2020 12:41 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə