Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gela Vasadze: 20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı

Gela Vasadze: 20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı

Gürcüstanlı politoloq Gela Vasadze bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanda yeni dövlətçiliyin təşəkkülünə gətirib çıxardı.

Politoloq qeyd edib ki, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr mərkəzi hakimiyyətin imperiyanın dağılmasına reaksiyası idi: "Kremldə kimlərəsə elə gəlirdi ki, müstəqillik tələb etməyə başlamış xalqları qorxutmaq kifayətdir və hər şey köhnə qaydada davam edəcək. Amma tarixin öz məntiqi var. Bu hadisələrdən sonra kommunist rejimi insanların gözündə ölkə idarə etmək üçün mənəvi haqqını itirdi və onun sonu yaxınlaşdı ".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

21 2020 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə