Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Medal qazanmaq vəzifəsi

Sentyabrın  29-dan oktyabrın 20-dək Yaponiyada  keçiriləcək qadınlardan ibarər milli  voleybol komandaları  arasında dünya çempionatının birinci qrup mərhələsində Azərbaycan kollektivinin  rəqiblərindən biri də Rusiya yığması olacaq. Ria “Novosti”nin bu günlərdə yaydığı xəbərə görə, Ümumrusiya Voleybol Federasiyasının rəhbərliyi bu komandanın qarşısına medal qazanmaq vəzifəsi qoyub.
Artıq  xəbər verdiyimiz  kimi, Yaponiya mundialının  birinci  qrup mərhələsində Azərbaycan və Rusiya voleybolçuları Koreya Respublikası, ABŞ, Tailand, Trinidad və Tobaqo komandaları ilə bir  qrupda çıxış edəcəklər. Bu qrupun oyunları Kobe şəhərində keçiriləcək.
Azərbaycan millisi dünya  çempionatına sentyabrın 29-da ABŞ yığmasına qarşı görüşlə başlayacaq. Komandamızın Rusiya ilə oyunu isə oktyabrın 2-nə təyin edilib.

O.BAYRAMOV, “Xalq qəzeti”

22 2018 23:25 - İDMAN
İDMAN
19 Mart 2020 | 20:50
AVRO-2020 təxirə salındı
19 Mart 2020 | 20:47
Müqavilə ləğv edilib

Köhnə versiyamızdan xəbərləri izlə