Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir

Hikmət Hacıyev: Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Radio France Internationale” radiosuna müsahibəsində bildirib ki, Azərbaycan energetika sahəsində rəqabət deyil, əməkdaşlıq etmək niyyətindədir.

Hikmət Hacıyev qeyd edib ki, əməkdaşlıq üçün imkanlar mövcuddur: “Avropada qaza tələbat artır və Azərbaycan qaz tədarükünə öz töhfəsi ilə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir, eləcə də öz iqtisadi inkişafına xidmət edir. Bu, qarşılıqlı səmərəli əməkdaşlıqdır”.

H.Hacıyev əlavə edib ki, Azərbaycan 40 milyard dollar dəyərində “Cənub Qaz Dəhlizi”ni reallaşdırır və bunun vasitəsilə Azərbaycan qazı Xəzər dənizindən Avropaya çatdırılacaq: “Bu dəhlizin marşrutu boyunca yeni iş yerləri yaradırıq, çiçəklənmə və əməkdaşlığı təmin edirik. Xəzər dənizindən Adriatik dənizinədək müxtəlif ölkələrdə 50 min yeni iş yeri yaradılıb. “Cənub Qaz Dəhlizi” alternativ enerji ehtiyatı mənbəyi və alternativ enerji təchizatı marşrutudur”.

Administrasiya rəsmisi xatırladıb ki, Azərbaycan dünyada ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlayıb: “19-cu əsrin ortalarında Rusiya imperiyası dövründə Azərbaycanda ilk neft quyusu qazılmışdı və o gündən bəri Azərbaycan beynəlxalq bazarlara neft tədarük edir. Bu il biz nasizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Azərbaycan nefti İkinci Dünya müharibəsində nasizmlə mübarizədə həlledici rol oynayıb. Təsəvvür edin ki, Sovet ordusunda istifadə olunan neftin 75 faizi Bakıdan tədarük olunub”.

“Xalq qəzeti”

18 2020 16:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə