Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin əvvəlinə nisbətən Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb

Cari ilin əvvəlinə nisbətən Azərbaycanda əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb

Azərbaycanda pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər, eyni zamanda, sığorta-pensiya sisteminin inkişafı sahəsində aparılan islahatlar pensiya təminatında artım tempinin davam etməsinə şərait yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artaraq iyulun 1-də 219,15 manata çatıb. O cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata bərabər olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən cari ilin əvvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği ötən il ölkədə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib.

Dövlət başçısının 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanmaqla onların pensiyalarında da artımlar edilib.

İyulun 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfərə bərabərdir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda mütəmadi artım tempi cari ildə də hər ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsinə imkan verib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

27 2018 16:53 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə