Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası yenidən oynanılacaq

Akademik Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası yenidən oynanılacaq

Yanvarın 31-i  saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir”​ iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq.

Əsərdə ağlasığmaz sevgi oyunlarından bəhs edilir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir. Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın​ ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də oynanılıb və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.

Qeyd edək ki, “Fransızsayağı qarnir”​ iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora

Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.

  Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya həvəskarı olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.​  Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

18 2020 14:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə