Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Formula 1” Azərbaycan Qran-prisi 2020 ilə bağlı suvenir müsabiqəsi davam edir

“Formula 1” Azərbaycan Qran-prisi 2020 ilə bağlı suvenir müsabiqəsi davam edir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) 5 illik fəaliyyət münasibətilə yerli əl işi və suvenir istehsalçıları arasında “Formula 1” Azərbaycan Qran-prisi 2020-ə dair keçirdiyi müsabiqə yanvarın 31-də başa çatır.

Müsabiqədə 18 yaşa malik hər kəs iştirak edə bilər. İştirakçılar [email protected] email ünvanına iştiraka maraqlı olduğuna dair məktub yolladıqdan sonra müsabiqəyə müraciət forması əldə edəcəklər. Daha sonra bu forma müvafiq qaydada doldurularaq sözügedən email ünvanına göndərilməlidir.

Müraciət forması əsasında təqdim olunan əl işi və suvenirlər arasından 5 qalib seçiləcək və bu qaliblər həmin əsərləri yarış zamanı BŞH-nin əyləncə mərkəzindəki mağazasında satışa çıxara biləcəklər. Bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Əfsanə BAYRAMQIZI,

 “Xalq qəzeti”

18 2020 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə