Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar Dövlət Ləzgi Dram Teatrı “Əsir qadın” tamaşasının nümayişinə başlayır

Qusar Dövlət Ləzgi Dram Teatrı “Əsir qadın” tamaşasının nümayişinə başlayır

Qusar Dövlət Ləzgi Dram Teatrında “Əsir qadın” tamaşasının nümayişinə başlanılır.

Yazıçı Meyxoş Abdullahın eyniadlı əsəri 20 Yanvar hadisələrinin 30-cu ildönümünü münasibətilə səhnələşdirilib.

Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Otuz nəfərə yaxın aktyor heyətinin rol aldığı tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlər əks etdirilir. Yeni tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.

“Əsir qadın” tamaşası yanvarın 17-dən başlayaraq Qusar Mədəniyyət Evində nümayiş etdiriləcək.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2020 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə