Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

“Aztelekom” MMC-nin Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə ötən il bir sıra işlər həyata keçirilib.

Görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında artım baş verib. Qeyd edək ki, bu ildə də Şirvan şəhərində rabitə və genişzolaqlı xidmətlərin çeşidlərinin artırılması istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.

Şəhərin Bülbül küçəsində yeni salınmış yaşayış massivinin telefonlaşdırılması məqsədilə Mərkəzi Elektron ATS-dən 1700 metr uzunluğunda kabel-kanalizasiya xətti çəkilərək, sakinlərin rabitə xidmətlərinə olan tələbatını ödəmək üçün 1040 nömrə tutumlu elektron ATS istifadəyə verilib. Bundan başqa, şəhərin İsmət Qayıbov küçəsində istismar müddəti başa çatmış 3000 metr uzunluğunda kabellər yeni tip kabellərlə əvəz olunub. Əraziyə xidmət edən elektron ATS-də yeni NGN tipli avadanlıqlar quraşdırılıb, nömrə tutumu artırılaraq 928 nömrəyə çatdırılıb. Parametrlərə cavab verməyən kabellərin dəyişdirilməsi, yeni avadanlıqların quraşdırılması nəticəsində abunəçilərə göstərilən telefon və genişzolaqlı internet xidmətində yaranmış texniki problemlər aradan qaldırılıb.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

18 2020 14:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə