Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Politoloq Vitali Arkov: Ermənistan növbəti təxribatçı bəyanatlar səsləndirir

Rusiyalı politoloq Vitali Arkov bildirib ki, Azərbaycanla Ermənistan arasında danışıqların nəticəsi hər iki dövlətin birinci şəxsləri tərəfindən ətraflı fəaliyyət planının əks olunduğu sənədin imzalanması olmalıdır, fəaliyyət planı isə Ermənistan hakimiyyətinin nəzarətində olan qondarma “Dağlıq Qarabağ Respublikası”nın ətrafında işğal altındakı yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də etnik təmizləmələr nəticəsində regionu tərk etmiş azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasını əhatə etməlidir.

Politoloq qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonun Bakının nəzarətinə qaytarılması, eləcə də azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması sülh planının birinci paketinə aiddir və bununla bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə neçə illərdir ki, davam edir. Bunun reallaşdırılması çoxdan başlamalı idi.

Politoloqun bildirib ki, Ermənistan tərəfi hər dəfə danışıqlar prosesinin uzadılması və sülh planının reallaşdırılmasının başlanmasının qeyri-müəyyən müddətə təxirə salınması üçün bəhanələr irəli sürür, münaqişənin həllinə qeyri-konstruktiv yanaşır, torpaqları işğaldan azad etməkdən yayınır”.

V.Arkov vurğulayıb ki, formal olaraq Yerevan danışıqlarda iştirak edir, onun nümayəndələri isə azərbaycanlı qaçqaınların və onların övladlarının Dağlıq Qarabağa qayıtmasında maneə olmadıqlarını bildirir, amma əslində isə onların əməlləri sözlərindən fərqlənir: “Dinc addımlar yerinə, erməni siyasətçilər tərəfindən növbəti təxribatçı bəyanatlar eşidilir, erməni hərbçilər tərəfindən isə təmas xəttində insan itkilərinə gətirib çıxaran növbəti təxribatlar törədilir”.

“Xalq qəzeti”

18 2020 14:22 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə