Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Uşaq Teatrının yeni tamaşaları

Bakı Uşaq Teatrının yeni tamaşaları

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Uşaq Teatrı yanvarın 21-də  Gənc Tamaşaçılar Teatrında "Sevgi şimşəyi" tamaşasını göstərəcək.

"Yeddi nar çubuğu" adlı böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalət Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin "Bir gecənin nağılı" pyesinin motivləri əsasında hazırlanıb.Qeyd edək ki, tamaşanın ilk nümayişi Türkiyənin Bilecik şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında olub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2020 12:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə