Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş

20 Yanvar faciəsinin canlı  şahidləri  ilə  görüş

20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. BSU-dan verilən xəbərə  görə,  universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş keçirilib, onların həmin məşum günlə bağlı xatirə və çıxışları dinlənilib. Eyni  zamanda, BSU-da həm də mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Gənc Yaradıcılar Klubunun birgə təşkilatçılığı ilə “Dualarda yaşayan şəhidlər” adlı tədbir də keçirilib.

Tədbiri  giriş sözü BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova açıb. Sonra Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov çıxışedərək bildirib  ki,  bu günlər xalqımız bir daha 20 Yanvar şəhdilərinin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir. Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs məkandır. 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə geniş məlumat  verən  Ə.Əmirov bildirib ki, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək bu faciəyə öz etirazını bildirmiş, faciəni qətiyyətlə pisləyən bəyanat vermişdir. Yalnız ulu öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra  20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də faciə zamanı əlil olmuş şəxslərə və bu qəbildən olan bütün vətəndaşlara yüksək diqqət və qayğı göstərirlər.

Tədbirdə Gənc Yaradıcılar Klubunun üzvləri tərəfindən “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!” adlıbədii kompozisiya təqdim edilib.

BSU-da 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi təşkil edilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 2020 12:18 - 20 YANVAR
20 YANVAR
18 Yanvar 2020 | 12:09
20 Yanvar faciəsi anılıb

Köhnə versiyamızdan xəbərləri izlə