Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Psixi problemlərin ürəyə təsiri

Psixi problemlərin ürəyə təsiri

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu Psixi Sağlamlıq Mərkəzi ilə birgə “Kardiologiya və psixiatriya: Kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktika, diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik seminar keçirib. Seminarda respublikanın aparıcı kardioloq, psixoloq, terapevt, nevropatoloq və psixiatrları iştirak etmişlər.  

Toplantını giriş sözü ilə  ixtisaslarına uyğun olaraq, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru Gülnaz xanım Dadaşova və Psixi Sağlamlıq Mərkəzinin direktoru professor Fuad İsmayılov açmışdır.

Məruzəçilər insanlarda uzun müddət stress, gərginlik və depressiv vəziyyətlərin olmasının ilk növbədə ürək-damar sisteminə mənfi təsir göstərməsini, bu gün insanların ruhi, mənəvi problemlərinin aradan qaldırılmasının vacib olmasını söyləmişlər. Qeyd edilmişdir ki, əgər bu vəziyyətlər aradan qaldırılmasa, kardioloqların bütün müalicə cəhdlərinin xəstədə heç bir səmərəsi olmaz.

Sonra  Kardiologiya İnstitutunun psixiatrı “Kardioloji profilli xəstələrdə depressiya və həyəcan simptomlarının erkən aşkarlanması-pilot layihənin nəticələri” mövzusunda çıxış etmişdir. Psixiatr iştirakçılara, eyni zamanda, psixiatrik və ürək dərmanlarının qarşılıqlı əlaqəsi barədə məlumat vermişdir.

Məruzələrdən sonra mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırlılmışdır. Sonda elmi-praktik seminarın günün tələbinə uyğun olması, istər kardioloq, istərsə də psixiatrlar üçün böyük əhəmiyyət kəsb etməsi vurğulanmışdır.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2020 12:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə