Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da”açıq qapı” günü

ATMU-da”açıq qapı” günü

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019--2020-ci tədris ilinin qış imtahan sesiyasına 29 dekabr 2019-cu il tarixindən start verilib.

Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov Təhsil naziri Ceyhun Bayramovun ali və orta ixtisas təhsili müəssisələrində 2019--2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmrinə əsasən ATMU-da imtahan sessiyasının müvafiq qaydalar əsasında təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edildiyini, imtahan sessiyasının mövcud təhsil qanunvericiliyinə müvafiq keçirildiyinini diqqətə çatdırıb. Təhsil müəssisəsindəki imtahan qərargahına daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılmasının təmini məqsədilə zəruri tədbirlərin görüldüyünü, eyni zamanda müəllimlərin tələbələrlə dərsdənkənar məşğələlər keçirməsinin effektivliyindən danışıb. Professor Z.Bağırov daha sonra qeyd edib ki, qış imtahan sessiyası dövründə 2005 nəfərdən çox təhsilalan imtahan verəcək.Onlardan 1743 nəfəri bakalavr, 262 nəfəri isə magistrantdır.  2019-2020-ci tədris ilinin ilk imtahan sessiyasında imtahanlar  yazılı,təqdimat və şifahi formada keçirilir. Tələbələrin biliklərini ifadə edə bilmələri üçün maksimum şərait yaradılıb, imtahan zalında proseslərin şəffaflığının təmini məqsədi ilə nəzarətçilər təyin edilib. İmtahan prosesində baş verə biləcək neqativ halların qarşısının alınmasından ötrü imtahan qərargahı və apelyasiya komissiyası fəaliyyət göstərir.

Bundan başqaATMU-da “Azərbaycan Coca-Cola Bottlers LTD” MMC, “Polad Group” şirkəti, “Pullman Baku Oteli”, “The Prime Group”,  “Millenium Tourism” və “Flame Tour” turizm şirkətlərinin rəhbər şəxsləri, universitetin  məzunları və tələbələrin valideynlərinin iştirakı etdiyi “açıq qapı” günündə bildirilib ki,  2019/2020-ci tədris ilinin qış imtahan sesiyası fevral ayının 3-də başa çatacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2020 12:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə