Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məqsəd milli azadlıq hərakatını boğmaq, xalqın inam və iradəsini qırmaq idi

Məqsəd milli azadlıq hərakatını boğmaq, xalqın inam və  iradəsini qırmaq idi

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.

ATMU-nun Tədris işləri üzrə prorektoru,professor Zaur Bağırov o gecə “250 min soydaşımızın Ermənistandakı tarixi ata-baba yurdlarından deportasiyasına və Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq” vətən övladlarının bir millət olaraq ayağa qalxdığını dedi. Məkrli siyasətin müəllifi -- SSRİ rəhbərliyinin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib, əliyalın insanlara divan tutduğunu detallı fakttlarla isbatladı.

Z.Bağırov “azadlığı, vətən sevgisini şərəf bilən soydaşlarımızın 30 il əvvəl şər qüvvələrə “yox” deyib, Azərbaycanın müstəqilliyinə canları-qanları bahasına vəsilə olmalarından” söz açdı. “Tarix qəhrəmanlıq səhifələrini təmənnasız yazanlara borcludur. Bu baxımdan həmin gecəni də unutmağa, unutdurmağa haqqımız yoxdur” fikrini xüsusi vurğuladı.

Tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin başvermə səbəbini tarixi xronoloyi ardıcıllıqla incələdi. Qanlı, lakin şanlı, qürur duyulası tarix olduğunu bildirdi.

Qeyd etmək lazımdır ki, ATMU-da keçirilən anım tədbiri 20 Yanvara həsr olunan videoçarxın nümayişi ilə başa çatıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 2020 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə