Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 13    Bakı şəhəri, 16 yanvar 2020-ci il
 
“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın təsdiq edilməsi barədə
“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:
1. “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması” təsdiq edilsin (əlavə olunur). 
2. Bu Qərar 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
 
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 16 yanvar

tarixli 13 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi

hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin

 

NÜMUNƏVİ  FORMASI

 

Bakı şəhəri                                                                                                                   “___”________ 20___ il

 

         Bir tərəfdən dövlət adından yaradılan publik hüquqi şəxsin tabe olduğu orqan (qurum) _____________________________________

                                    (tam adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı göstərilməklə)

(bundan sonra – Orqan), belə orqan (qurum) olmadıqda isə  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) və digər tərəfdən dövlət adından yaradılan publik hüquqi şəxs (bundan sonra – Publik hüquqi şəxs)____________________

                                                                                (tam adı, təşkilati-hüquqi

___________________________      birlikdə “tərəflər”, ayrı-ayrılıqda

    forması, hüquqi ünvanı göstərilməklə)

isə “tərəf” adlandırılmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 dekabr tarixli 901 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”na uyğun olaraq dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqaviləni (bundan sonra – Müqavilə) aşağıdakı şərtlərlə imzaladılar:

 

  1.  Müqavilənin predmeti və maliyyələşmə qaydası

 

  1.  Publik hüquqi şəxs nizamnaməsinə müvafiq olaraq həyata keçirdiyi işlər, layihələr, xidmətlər, proqramlar həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 20___ ilin dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin (bundan sonra – məqsədli vəsait) icrası məqsədilə  bu  Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (1 nömrəli əlavə) göstərilən tədbirlər üçün Qaydaya uyğun olaraq Orqan və ya Nazirliklə müqavilə bağlayır. Publik hüquqi şəxs bu dövlət sifarişinin icrasını və ondan irəli gələn digər öhdəlikləri qəbul edir.  
  2.  Vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir.
  3.  Vəsaitlərin ödənilməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla aparılır.
  4.  Bu Müqavilə üzrə maliyyələşmə Publik hüquqi şəxs və ya onun tabe olduğu dövlət orqanının (qurumun) təqdim etdiyi sifariş sənədləri əsasında rüblər və aylar üzrə bölgü nəzərə alınmaqla, Nazirlik tərəfindən aparılır və maliyyələşdirilmiş vəsait bu Müqavilə əsasında Publik hüquqi şəxsin bank hesabına köçürülür.
  5.  Bu Müqavilə əsasında Publik hüquqi şəxsin həyata keçirəcəyi tədbirlər üzrə xərclər bu məqsədlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitdən çox olmamalıdır. Bu xərclərin büdcədən artıq olan hissəsinə Nazirlik təminat vermir və çatışmayan vəsait cəlb olunan digər mənbələrdən əldə edilə bilər.

 

 

2. Tərəflərin hüquq və öhdəlikləri

 

  2.1. Publik hüquqi şəxsin hüquq və öhdəlikləri aşağıdakılardır:

  2.1.1. bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

  2.1.2. vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək; 

  2.1.3. vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə  müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

2.1.4. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar olduqda, dərhal Nazirliyə və Orqana məlumat vermək.

2.2. Orqan və Nazirliyin hüquq və öhdəlikləri aşağıdakılardır:

2.2.1. Müqavilənin sənədləşdirilməsinin dəqiq aparılmasına nəzarət etmək;

2.2.2. Publik hüquqi şəxsdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.2.3. vəsaitlərin istifadəsi barədə Publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

2.3. Nazirlik Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallarda, habelə Publik hüquqi şəxs tərəfindən götürülən öhdəliklər tam və lazımi qaydada yerinə yetirilmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

 

3. Tərəflərin məsuliyyəti

 

3.1. Tərəflər bu Müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq məsuliyyət daşıyırlar.

3.2. Publik hüquqi şəxsin vəzifəli şəxsləri bu Müqavilənin icrası ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar. 

     

4. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi

 

4.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavələr və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab edilir.

 

5. Hesabatlıq və nəzarət

 

5.1. Publik hüquqi şəxs bu Müqavilə üzrə alınan vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib və təqdim edir (2 nömrəli əlavə).

5.2. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

5.3. Vəsaitlər bu Müqavilənin imzalandığı büdcə ilinin sonunadək tam xərclənmədikdə, qalıq növbəti ilin xərclərinə aid edilir.

 

6. Qarşısıalınmaz qüvvə

 

6.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, Tərəflər Müqavilənin pozulması üçün məsuliyyət daşımırlar.

6.2. Qarşısıalınmaz qüvvənin təsirinə Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.

 

7. Müqavilə üzrə sənədləşdirilmənin aparılması

 

7.1. Müqavilə üzrə sənədləşdirilmə (o cümlədən xəbərdarlıq, bildiriş və s.) yazılı şəkildə aparılır. Qəbul edən tərəf müvafiq sənədlərin (məlumatların) alınmasını təsdiqləməlidir.

7.2. Nazirlik və Orqan Müqavilənin yerinə yetirilməsinin sənədləşdirilməsinin düzgün aparılmasına nəzarət edə bilər (o cümlədən audit və digər yoxlamalar vasitəsilə). Bu cür yoxlamalar müqavilənin yerinə yetirilməsi zamanı və ya Müqavilənin icrası başa çatdıqdan sonra 3 (üç) ay müddətində aparıla bilər.

 

8. Vergilər və rüsumlar

 

8.1. Tərəflər..Azərbaycan Respublikasının mövcüd qanunla-rında nəzərdə tutulmuş tələblərə uyğun olaraq bütün vergilərin, rüsumların və digər ödənişlərın aparılmasını təmin edirlər.

 

9. Digər şərtlər

 

9.1. Bu Müqavilə hər iki tərəfin onu imzaladığı tarixdən qüvvəyə minir və müvafiq büdcə ilinin yanvarın 1-dən dekabrın 31-dək qüvvədədir.

9.2. Bu Müqavilə Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunmuşdur və bir nüsxəsi Orqan və ya Nazirlik, digər nüsxəsi isə Publik hüquqi şəxsdə saxlanılır.

 

 

10. Tərəflərin hüquqi ünvanı və rekvizitləri

 

 

         Sifarişçi                                            İcraçı

 

         Ünvan _______________                Ünvan _____________

 

 

 

“Dövlət adından yaradılan publik hüquqi  şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”na

 

                                  1 nömrəli əlavə

 

                                                

 

 

 

                                                                                  

 

 

 

_____________________ publik hüquqi şəxs üzrə dövlət

büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin

 

DÖVLƏT SİFARİŞİ

 

                                                                                                

Sıra №-si

Tədbirlərin adı (Azərbaycan Respublikasının 20__ ilin dövlət büdcəsinin xərclərinin funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində)

Məbləğ

(manatla)

 

 

 

 

 

 

____________________

 

 

“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”na

 

                              2 nömrəli əlavə

 

 

 

 

 

 

Publik Publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə aylıq,

 rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə

 

HESABAT FORMASI

 

 

 

Publik hüquqi şəxsin adı ___________________________________

 

Dövrilik _______ tarixindən _______ tarixinədək         

 

Hazırlanma tarixi       “_­­­___”___________ 20__ il

                                                                                                                          

 

                                                                                                                          (manatla)

Vahid büdcə təsnifatının iqtisadi təsnifatı üzrə göstəriciləri

Xərclərin iqtisadi təsnifat kodları

Hesabat dövrü üçün təsdiq edilmiş smeta məbləği

Hesabat dövrü ərzində daxil olmuş maliyyələşdi-rilmə məbləği

Kassa icrası

Faktiki xərc

 

 

Maliyyə ilinin sonuna qalıq

1

2

3

4

5

6

7

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə