Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 9    Bakı şəhəri, 14 yanvar 2020-ci il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” 2002-ci il 5 iyun tarixli 90 nömrəli, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 1 iyul tarixli 129 nömrəli, “Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi haqqında” 2011-ci il 2 fevral tarixli 22 nömrəli və “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiq edilməsi barədə” 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarlarında  dəyişiklik edilməsi haqqında
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının          Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608, № 9, maddə 1938; 2019, № 9, maddə 1570) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”nin 3.4-cü bəndinin onuncu abzasında “təkliflər hazırlayır” sözləri “vəsatət qaldırır” sözləri ilə əvəz edilsin və həmin abzasa “mövzularını” sözündən sonra “müəyyən edir” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.3-cü bəndin birinci cümləsindən “təşkilatlarının” sözü çıxarılsın;
2.2. 3.6-cı bəndin ikinci cümləsindən “bir qayda olaraq,” sözləri çıxarılsın və həmin cümləyə ikinci halda “rəhbərlərindən” sözündən əvvəl “elmi” sözü əlavə edilsin;
2.3. 3.9-cu bəndin birinci cümləsinə “rəhbərin” sözündən əvvəl “elmi” sözü əlavə edilsin;
2.4. 3.15-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.15. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi doktoranturaya qəbul olunma haqqında qərar qəbul olunan gündən 6 aydan gec olmamaq şərtilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.”;
2.5. 3.19-3.21-ci bəndlər ləğv edilsin;
2.6. 3.22-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elmi rəhbər müdafiə olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3-cü hissəsinin tələblərinə uyğunluğunun müəyyən edilməsinə görə cavabdehdir.”;
2.7. 3.32-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir.”;
2.8. 4.3-cü bəndin birinci cümləsindən “dissertasiyanın mövzusu,” sözləri və “və elmi məsləhətçisi (məsləhətçilər)” sözləri çıxarılsın;
2.9. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:
“4.3-1. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi məsləhətçilərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.”;
2.10. 5.4-cü bəndə “təşkilatın” sözündən sonra “, habelə digər təşkilatların” sözləri əlavə edilsin;
2.11. 6.5-ci bənddən “, bir qayda olaraq,” sözləri çıxarılsın;
2.12. 6.7-ci bəndin birinci cümləsindən “onun dissertasiya mövzusu,” sözləri və “və elmi rəhbəri (məsləhətçisi)” sözləri çıxarılsın;
2.13. aşağıdakı məzmunda 6.7-1-ci bənd əlavə edilsin:
“6.7-1. Dissertasiyaların mövzularının təsdiq edilməsi və elmi rəhbərlərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.”;
2.14. 6.10-cu bəndə “məsləhətçilərinə” sözündən əvvəl “elmi” sözü əlavə edilsin.
3. “Dissertasiya işlərinə rəsmi opponentliyə görə əməyin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 fevral tarixli 22 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 150; 2017, ­
№ 4, maddə 669) aşağıdakı dəyişikliklər edilsin:
3.1. preambulada “və elmi müəssisələrdə” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin;
3.2. 3-cü hissəyə “doktorantı” sözündən sonra “, adyunktu” sözü və “müəssisə və” sözlərindən sonra “təşkilatın,” sözü əlavə edilsin. 
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, 
№ 7 (II kitab), maddə 1644, № 11, maddə 2433, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.3.7-ci yarımbəndin ikinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” sözləri ilə əvəz edilsin;
4.2. 5.4-cü bənddə “elmi müəssisənin və ali təhsil müəssisəsinin” sözləri “elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının” sözləri ilə, “diplom” sözü “həmin elmi dərəcələri təsdiq edən diplom” sözləri ilə və “attestat” sözü “həmin elmi adları təsdiq edən attestat, habelə xarici ölkədə verilmiş elmi ad və elmi dərəcə haqqında sənədin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) barədə şəhadətnamə və təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə” sözləri ilə əvəz edilsin.
 
 
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə