Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Yanvarın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2020-ci il yanvarın 9-da keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib.
İclasda 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə də baxılıb. Seçki prosesinin iştirakçısı olan maraqlı subyektlərin iştirakı ilə müraciətlər geniş müzakirə edildikdən sonra qərarlar qəbul olunub. Müraciətlərin müzakirəsi zamanı namizədin qeydə alınmasından imtina edilməsinə dair bir dairə seçki komissiyasının qərarı ləğv olunaraq, eləcə də digər dairə seçki komissiyasının hərəkətsizliyi səbəbindən hüququ pozulan vətəndaşın müraciəti təmin edilərək, namizədlikləri öz təşəbbüsləri ilə irəli sürülən iki nəfərin Milli Məclisə seçkilərdə namizədliyi MSK tərəfindən qeydə alınıb.
Milli Məclisə seçkilərin izlənməsinə qatılan beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

18 2020 01:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə