Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir

 Azərbaycanın Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun (İEERP) Ekspertlər Şurasının üzvü, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov Secki-2020.az saytına müsahibəsində Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

– Vəli müəllim, Azərbaycanda mövcud seçki qanunvericiliyi şəffaf, demokratik seçkilərin keçirilməsinə imkan verirmi?
– Bəli, hesab edirəm ki, mövcud seçki qanunvericiliyi seçici və namizədlərin hüquqlarının qorunması, o cümlədən şəffaf və obyektiv seçkilərin keçirilməsi baxımından mükəmməldir. Azərbaycanın Seçki Məcəlləsi dünya təcrübəsi nəzərə alınmaqla hazırlanıb və bu sənəd azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə tam imkan verir.
– Azərbaycanın seçki təcrübəsini necə qiymətləndirirsiniz?
– Bu gün Azərbaycanda peşəkar seçki administrasiyası mövcuddur. Qeyd etmək lazımdır ki, hər seçki prosesi iştirakçılarının daha da püxtələşməsində mühüm rol oynayır. Hər seçkidə yeni alət və texnologiyalardan istifadə edilir. Seçkilərin təşkili baxımından xeyli irəliləyişlər var.
– Siz ümumilikdə ölkəmizdəki seçki mühitini necə qiymətləndirirsiniz?
– Son illər ölkədə həyata keçirilən islahatlar, parlamentin buraxılması, Azərbaycan Prezidentinin gəncləri seçkilərdə fəal iştiraka dəvət etməsi və digər amillər seçki mühitinə müsbət təsir göstərib. Fəallıq yüksək səviyyədədir. Cəmiyyətdə seçki ab-havası yüksəkdir. Düşünürəm ki, 9 fevral tarixində keçiriləcək seçkilər təkcə iştirak etmək istəyən namizədlərin sayına görə deyil, həmçinin seçici fəallığına görə də əvvəlki seçkilərdən xeyli fərqlənəcək.

 

Asif Nərimanlı

18 2020 01:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə