Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir”

“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir”

Yanvarın 17-də Milli Məclisə seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Təşviqat kampaniyası 2020-ci il yanvarın 17-dən 8 fevral səhər saat 08:­00-a­ qədər olan dövrü əhatə edir. Bunu Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib. 
O deyib ki, hələlik 1622 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: “Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir”.
MSK üzvünün sözlərinə görə, Azərbaycanda güclü siyasi iradə var və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar.
“Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”, – deyə Qabil Orucov vurğulayıb.

 

Anar TURAN,
“Xalq qəzeti”

18 2020 01:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə