Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi yaddaşlara həkk olunan 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən aldığımız məlumatda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin aparatında, struktur qurumlarında və hərbi hissələrində Qanlı Yanvar hadisəsinə həsr edilmiş tədbirlərdə Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını fəda etmiş və xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlərdə çıxış edən sərhədçilər, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməməsi, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirilməsini qeyd ediblər. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdirməsi xüsusi vurğulanıb.
Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin aparatında keçirilmiş tədbirdə “Şəhidlər xiyabanı” adlı kompozisiya proqramı ilə DSX Xüsusi Məktəbinin kursantları çıxış ediblər.
Tədbirlərdə 20 Yanvar faciəsinə dair sənədli filmlər nümayiş etdirilib.

18 2020 00:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə