Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Ədliyyə nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 17-də Ədliyyə nazirinin müavini Eldar Nuriyev Masallı şəhəri Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Masallı şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə ehtiram ifadə edilib. 
Qəbulda ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib. 
Səfər çərçivəsində nazir müavini, həmçinin yerli məhkəmə və ədliyyə qurumlarının iş şəraiti, Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı “ASAN xidmət” mərkəzinin fəaliyyəti, habelə Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Masallıda inşa edilən yeni məhkəmə binasının tikintisinin gedişi ilə tanış olub. 

18 2020 00:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
29 Fevral 2020 | 00:29
ADU-da görüş keçirilib

Köhnə versiyamızdan xəbərləri izlə